• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yeni müharibə Ermənistanın axırına çıxa bilər - AÇIQLAMA

GÜNDƏM

07 Noyabr 2023 | 16:25 | Müəllif: Qalib İbrahimoğlu

Yeni müharibə Ermənistanın axırına çıxa bilər - AÇIQLAMA

"Nikol Paşinyan dəfələrlə Azərbaycanın, Qarabağ daxil ərazi bütövlüyünü tanıdığını rəsmən elan edib".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, baş nazir Paşinyan başa düşür ki, separatçıların fəallaşması hər şeydən əvvəl onun öz hakimiyyəti üçün ciddi təhlükələr törədir. Son günlər katalikos başda olmaqla, erməni kilsəsinin, Qarabağ separatçılarının, revanş arzusu ilə yanan daşnak-millətçilərin, onların əlaltıları olan terror təşkilatlarının üzvlərinin fəallığı əhəmiyyətli dərəcədə artıb: “Təbii ki, onlara havadarlıq edən xarici gücləri də unutmaq olmaz. Bütün bu qüvvələrin koordinasiyalı davranışları, Ermənistanın bir dövlət kimi varlığını təhlükə altına almaqla yanaşı, bütövlükdə regionda gərginliyi artırır. Bu isə o deməkdir ki, iki xalq arasında düşmənçilik davam edəcək".

Nəsib Məhəməliyev, millət vəkili

N.Məhəməliyev vurğulayıb ki, hazırda erməni cəmiyyətində ciddi parçalanmalar, qarşıdurmalar, müxtəlif siyasi qüvvələr arasında kəskin düşmənçilik müşahidə edilir: "ASALA terror təşkilatı Paşinyanı fiziki cəhətdən məhv edəcəyi ilə hədələyir. Ümumilikdə isə sadə xalq yeni müharibənin baş verməsindən çəkinir. Yeni müharibə Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnə bilər. Bu baxımdan, Paşinyanın separatçıları dəstəkləməməsi anlaşılandı".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026