• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Ermənistandakı hərbi əsirlərimiz dəyişdirilə bilər

GÜNDƏM

07 Dekabr 2023 | 16:23

Ermənistandakı hərbi əsirlərimiz dəyişdirilə bilər

Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib. Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib.

Xatırladaq ki, 2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, əsirlərin dəyişdirilməsi məsələsi gündəmdədir və bu proses hər iki tərəfdə paralel olaraq gedir.

Hüquq müdafiəçisi vurğulayıb ki, əsirlərin dəyişdirilməsi prosesi noyabrın 30-da baş tutan sərhəd komissiyalarının görüşündə müzakirə olunmadı, çünki bu məsələ ermənilər tərəfindən siyasiləşib: "Ötən həftə Azərbaycanda saxlanılan erməni diversantın məhkəmə prosesi keçirildi. Ermənistan da tələm-tələsik buna cavab olaraq azərbaycanlı hərbi əsirlə bağlı məhkəmə qərarı çıxardı, ona ömürlük həbs cəzası verdi. Aydın görünür ki, İrəvan bu məsələdə beynəlxalq hüquqlara, hüquq normalarına, Cenevrə konvensiyasına deyil, sırf siyasi kaprizlərə əsaslanaraq hərəkət edir. Bakıdakı məhkəmədən dərhal sonra İrəvanda məhkəmə şousunun qurulması buna dələlət edir”.

Onun sözlərinə görə, heç bir əsas olmadan günahsız əsgərimizə ömürlük həbs cəzası verilməsinin hüquqi dayanağı yoxdur: “Xatırladım ki, 2014-cü ildə də azərbaycanlı mülki girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində belə saxta məhkəmə prosesi keçirilmişdi. Onlardan da birinə 22 il, digərinə ömürlük cəza verilmişdi. Azərbaycan dövlətinin iradəsi və Ordumuzun qüdrəti nəticəsində torpaqlarımız azad olundu və həmin şəxslər azadlığa qovuşdu. Lakin həmin şəxslərin azadlığa qovuşması da əsirlərin qarşılıqlı dəyişdirilməsi prosesində baş vermişdi".

Əhməd Şahidov: İrəvan bu məsələdə də sırf siyasi kaprizlərə əsaslanaraq hərəkət edir

Həmsöhbətimiz vurğulayıb ki, çox güman Hüseyn Axundov və Aqşin Bəbirov da Bakı-İrəvan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı siyasi razılaşma olacağı təqdirdə dəyişdiriləcək: "Ermənistan tərəfi ilə hansısa beynəlxalq hüquqi normalar əsasında müzakirə aparmaq və əsirlərin azadlığa çıxmasına nail olmaq qeyri mümkündür. Çünki rəsmi İrəvan heç bir beynəlxalq hüquq normalarına əməl etmir. Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanarsa, əsirlərin qaytarılması da həllini tapacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR

08 May 2025