• Bakı 18° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

CƏMİYYƏT

08 May 2025 | 18:45

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.

"Hər birində 25 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib.

V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: “Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.

Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.


SON XƏBƏRLƏR