• Bakı 21° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Uşaqlara şokolad verilməlidir?

CƏMİYYƏT

07 Iyun 2025 | 16:22

Uşaqlara şokolad verilməlidir?

Şokoladı sevməyən uşaq yəqin ki, çətin tapılar. 

Bakıvaxtı.az xəbər verir ki, uşaqların bir çoxunda bu məhsulu yemək alışqanlıq halını alıb.

Şokoladın uşaqlara müsbət, mənfi təsirləri nələrdir? 

Çox şokolad yeməyin ziyanı varmı? 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, təmiz şokolad uşaq üçün xeyirlidir: 

"Çünki bütün xeyir elə kakao dənələri və kakao tozundadır. Təbii şokoladda Triptofan maddəsi var. Triptofan beyində serotonin hormonunun istehsalını artırır. Təbii şokoladın daha bir xeyri - tərkibində yaddaş və diqqəti artıran amin turşusunun - fenilalaninin olmasıdır. Həmçinin, şokoladın tərkibində bol-bol vitaminlər var. Uşağı şirniyyatla tanış etməkdən əvvəl, onu meyvə və tərəvəz yeməyə öyrətmək lazımdır. Uşaqda ümumiyyətlə, allergiyaya meyllik varsa şokolad vermək olmaz. Şokolad şirin məhsul olduğu üçün, uşaqlarda şirniyyatdan asılılıq yaranır".


SON XƏBƏRLƏR