• Bakı 20° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

İki gündə Bakıdan bölgələrə avtobusla gedənlərin sayı 20 mini ötüb

CƏMİYYƏT

07 Iyun 2025 | 15:17

İki gündə Bakıdan bölgələrə avtobusla gedənlərin sayı 20 mini ötüb

5-6 iyun tarixlərində paytaxtdan bölgələrə 20554 sərnişin daşınıb.

Bakıvaxtı.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib.

Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib.

Sərnişinlərin 38%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

İstirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunub.


SON XƏBƏRLƏR