• Bakı 18° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"NATO-Gürcüstan təlimi 2025" başa çatdı

DÜNYA

08 May 2025 | 19:54

NATO-Gürcüstan təlimi 2025 başa çatdı

Azərbaycanın da iştirak etdiyi “NATO-Gürcüstan təlimi 2025” başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstanın NATO ilə əməkdaşlığı çərçivəsində keçirilən “NATO-Gürcüstan təlimi 2025” adlı dördüncü komanda-qərargah təlimi uğurla yekunlaşıb.

Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) baş tutub.

Təlimdə NATO-ya üzv və tərəfdaş ölkələr də aktiv iştirak ediblər. Azərbaycan da bu çoxmillətli təlimdə iştirak edən dövlətlər arasında olub. NATO və tərəfdaş ölkələrin 17 nümayəndə heyəti ilə yanaşı, bir sıra beynəlxalq təşkilatlar və strukturlar təlim prosesinə cəlb olunub.

Təlim regionda təhlükəsizlik və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəlib.


SON XƏBƏRLƏR

08 May 2025