• Bakı 21° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

DÜNYA

07 Iyun 2025 | 17:23

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətinin Kindrativka və Oleksivka yaşayış məntəqələrini tamamilə ələ keçirib. Hazırda Rusiya bura piyada qoşun toplayır və Ukraynanın dərinliyinə doğru hərəkət etməyə çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Ukrayna saytı bildirir ki, Malaya Korçakovkanı ələ keçirməyə cəhd edən Rusiya qüvvələri Xotin kəndinə doğru irəliləyirlər: “Rusiya ordusu Sumı şəhərinin (vilayətin mərkəzi) 20 kilometrliyindədir”.

Vilayətin Novomikolayivka-Varaçine-Yablunovka-Yunakivka hissəsində də vəziyyət ağırdır. Rusiya qoşunları bu yaşayış məntəqələrinə çox yaxınlaşıb və onları tamamilə ələ keçirməyə çalışırlar.

Mənbə əlavə edib ki, Rusiya Sumını ələ keçirmək məqsədilə Ukrayna Silahlı Qüvvələrini Kusrk vilayətindən çıxardıqdan sonra bu ərazidə xeyli qüvvə cəmləyib.


SON XƏBƏRLƏR