• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Ermənilərdən daha bir vandallıq: azərbaycanlıların qəbiristanlığını dağıtdılar - VİDEO

HADİSƏ

24 Noyabr 2024 | 19:22

Ermənilərdən daha bir vandallıq: azərbaycanlıların qəbiristanlığını dağıtdılar - VİDEO

Qərbi Azərbaycandakı Amasiya qəsəbəsinin Ağbaba rayonunda azərbaycanlılara məxsus qəbiristanlıq erməni vandalları tərəfindən məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər "Telegram" kanallarında paylaşılıb.

Məlumat üçün bildirək ki, 1995-ci ildə Amasiya rayonu Ermənistanın Şirak vilayətinin inzibati ərazisinə birləşdirilib. Rayonun azərbaycanlı əhalisi isə 1988-ci ildə doğma yurdlarından qovulub.

1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 608 kv.km-dir. Rayon mərkəzi Amasiya şəhər tipli qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 148 km-dir. Ağbaba və Şörəyel mahallarının tərkibi kimi indiki Amasiya rayonunun ərazisi də Şərqi Anadoluya aid olub.


SON XƏBƏRLƏR