Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində batan şəxs 14 yaşlı yeniyetmə Kərimova Saray Sərvan qızıdır.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, 8-ci sinif şagirdi olan qız dərsə getmək adı ilə evdən çıxıb, sonradan isə onun Kür çayında batdığı bildirilib. Yaxınları onun çantasını Kür çayı sahilində tapıblar. Hazırda FHN-nin dalğıc qrupu axtarışlar aparır.
***13:32
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.