• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub

HADİSƏ

23 Yanvar 2025 | 16:30

Narkotik satışında ittiham edilən TikTokerə hökm oxunub

Narkotik satışında ittiham edilən "TikTok"er Zeynəb ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmənin yekun proses keçirilib.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Zeynəb Ən-Nəimi 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, Zeynəb ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.


    SON XƏBƏRLƏR