Binəqədidə aptekdən oğurluq olub.
Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı S.Bəkirov müəyyən edilərək saxlanılıb.