• Bakı C

    9.27 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Həyat yoldaşını qətlə yetirən şəxsə HÖKM OXUNDU

HADİSƏ

22 Fevral 2025 | 11:20

Həyat yoldaşını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Biləsuvarda arvadını öldürməkdə təqsirləndirilən Anar Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Anar Məmiyev 17 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Qeyd edək ki, hadisə rayonun Xırmandalı kəndində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Anar Məmiyev həyat yoldaşı, 1999-cu il təvəllüdlü Sevil Əlilini bıçaqlayaraq qətlə yetirib. Qətli törətdikdən sonra polisə könüllü təslim olub.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.


    SON XƏBƏRLƏR