• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tramp bu şəxsi vəzifəsindən azad etdi

DÜNYA

22 Fevral 2025 | 09:42 | Müəllif: Əli Hüseynov

Tramp bu şəxsi vəzifəsindən azad etdi

ABŞ Prezidenti Donald Tramp gözlənilmədən Baş Qərargah rəisi Çarlz Braunu vəzifəsindən azad edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Truth" sosial media şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Tramp onun yerinə təqaüddə olan Hərbi Hava Qüvvələri generalı Den Keyni namizəd göstərib.

Tramp  Brauna ölkəyə 40 ildən artıq xidmətinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.

Yeni namizəd Keynin xüsusilə İŞİD-lə mübarizədə uğurlar qazandığını vurğulayan Tramp, onun həm hərbi, həm də milli təhlükəsizlik sahəsində təcrübəli olduğunu bildirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026