• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Misir Aİ-dən maliyyə yardımı gözləyir

DÜNYA

24 Mart 2025 | 09:20

Misir Aİ-dən maliyyə yardımı gözləyir

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi Misirə ayrılacaq maliyyə yardımı paketinin 4 milyard avro məbləğində ikinci tranşını təsdiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallasla Qahirədə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.

Nazir əlavə edib ki, Misir yaxın həftələrdə Avropa Parlamentinin bu qərara müsbət səs verəcəyini gözləyir.

Bədr Əbdülati vurğulayıb ki, ölkəsi bir milyard avro məbləğində birinci tranşı ötən dekabr ayında alıb.

Qeyd edək ki, Aİ 2024-cü ilin martında Misirə 7,4 milyard avro məbləğində maliyyə yardımı göstərməyə razılaşıb. Həmçinin Qahirə ilə əlaqələrin strateji tərəfdaşlığa yüksəldildiyi açıqlanıb.

Misirli nazir diqqətə çatdırıb ki, tərəflər cari il ərzində birinci Misir-Avropa Sammitinin keçirilməsi barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026