• Bakı 19° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır

DÜNYA

23 Aprel 2025 | 09:01

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, 1920-ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb.

Məclis 1920-ci ilin 23 aprel tarixində yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin ilin aprelin 24-də Mustafa Kamal (1934-cü ildən Atatürk) yekdilliklə TBMM-nin sədri seçilib.

Artıq 105 ildir 23 aprel ölkədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir. Bu gün ölkədə qeyri-iş günüdür.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyədən başqa Şimali Kipr Türk Respublikasında da rəsmi bayramdır.


SON XƏBƏRLƏR