• Bakı 18° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir

CƏMİYYƏT

23 Aprel 2025 | 11:00

III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir

Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yarışla bağlı təşkil olunmuş mətbuat konfransında bildirilib.

Turnir üçün Könüllü Proqramına da start verilib. Bölgələrdə bu istiqamətdə bir sıra tədbirlərin görüldüyü, gənclərlə maarifləndirici görüşlərin keçirildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növü üzrə yarışların keçirilməsi planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.


SON XƏBƏRLƏR