• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İstilik təchizatı sektorunun inkişafı üçün dövlət proqramları qəbul ediləcək

CƏMİYYƏT

23 Aprel 2025 | 14:12

İstilik təchizatı sektorunun inkişafı üçün dövlət proqramları qəbul ediləcək

Azərbaycanda istilik təchizatı sektorunun inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət proqramları qəbul edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, istilik təchizatı sektorunun inkişafı üzrə dövlət proqramı layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanacaq və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçiriləcək.

İstilik təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması və təmiri Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçiriləcək.

İstilik təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026