• Bakı 19° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

TBMM 105-ci ildönümünü qeyd edir

DÜNYA

23 Aprel 2025 | 10:25

TBMM 105-ci ildönümünü qeyd edir

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) qurulmasının 105-ci ildönümüdür.

Bakıvaxtı.az bildirir ki, 1920-ci il aprelin 23-də Türkiyə Respublikasının ali qanunverici orqanı fəaliyyətə başlayıb.

Mustafa Kamal 1920-ci il aprelin 22-də Böyük Millət Məclisinin açılışını elan edib.

1920-ci il aprel 23-də Hacıbayram Camisində cümə namazı qılınıb, qurbanlar kəsildikdən sonra ilk TBMM, İttihad və Tərəqqi Klubu olaraq tikilən binada açılıb.

Türkiyə Konstitusiyasının 108-ci maddəsinə əsasən, qanunvericilik səlahiyyəti Türk Milləti adından TBMM Millət vəkili ümumi seçkiləri, beş ildə bir, sərbəst, bərabər, tək dərəcəli, ümumi səs əsaslarına görə, məhkəmə orqanlarının ümumi rəhbərlik və nəzarəti altında həyata keçirilir. Türkiyə Böyük Millət Məclisinin üzvləri seçildiyi dövrdə toxunulmazlıq statusuna malikdirlər.

Parlamentə seçkilər proporsional və majoritar sistem əsasında keçirilir. Axırıncı dəfə bu siyasi kampaniya 2023-cü il mayın 14-də keçirilib.

Hazırda TBMM-də Ədalət və İnkişaf Partiyası (266 yer), Milliyyətçi Hərəkat Partiyası (50), HÜDAPAR (4), DSP (1), Cümhuriyyət Xalq Partiyası (128), DEM Partiya (57), İYİ Partiya (30), SAADET Partiyası (20), DEVA (15), YRP (4), TİP (4), DP (3), EMEP (2), DBP (2), tərəfsiz (8) təmsil olunurlar.

Qeyd edək ki, 23 Aprel Türkiyədə həm də Milli Suverenlik və Uşaq Bayramıdır. 1921-ci il aprelin 23-də milli bayram kimi qeyd olunmağa başlayıb. Bu günün Milli Bayram Elan Edilməsi Haqqında Qanun, Birinci Böyük Millət Məclisinin açılışından bir il sonra 23 Aprel 1921-ci ildə qəbul edilib. O, həmin il mayın 2-də qüvvəyə minib. 1927-ci ildə Atatürkün himayəsi altında ilk dəfə Uşaq Bayramı kimi qeyd olunub. 


SON XƏBƏRLƏR