G7 ölkələri Moskvanın Ukraynada atəşkəslə razılaşmadığı təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəkləri ilə bağlı xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Əgər belə bir atəşkəs razılaşdırılmasa, sanksiyaların daha da sərtləşdirilməsi kimi təzyiqi mümkün qədər artırmaq üçün nəzərdə tutulan variantları araşdırmağa davam edəcəyik”, - deyə bəyanatda bildirilir.
Sənəddə həmçinin qeyd olunur ki, Rusiyanın G7-nin yurisdiksiyası altında olan suveren aktivləri Moskva Ukraynaya dəymiş ziyanı ödəyənə qədər fəaliyyətsiz qalacaq.