• Bakı 17° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Paşinyanda qorxu var: Baş nazir Azərbaycanla münasibətləri qaydaya salmaq üçün imkanlar axtarır

SİYASƏT

22 May 2025 | 15:09

Paşinyanda qorxu var: Baş nazir Azərbaycanla münasibətləri qaydaya salmaq üçün imkanlar axtarır

"Ermənistanın Baş naziri Nikol Paşinyanda qorxu var. Açıq-aşkar dərk edir ki, Rusiyada onu devirmək üçün planlar cızılır. Rusiyadan İrəvan hökumətinə ciddi təzyiqlərin olacağının fərqindədir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Paşinyan həm özünün, həm də bölgədə Ermənistanın mövqeyini gücləndirmək üçün Azərbaycanla münasibətləri təcili qaydaya salmaq, eyni zamanda Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün imkanlar axtarır:

"Paşinyanın istəyi budur. Sabah Rusiya hansısa formada Ermənistana təzyiq göstərsə, qazını kəssə, ticarətlə bağlı maneələr yaradarsa, İrəvan xeyli çətinliklərlə üzləşəcək. Belə halda Paşinyan üçün Azərbaycan üzərindən Mərkəzi Asiya və Çinə, eyni zamanda Türkiyəyə gediş-gəliş imkanı əldə etmək həyati əhəmiyyət kəsb edir. Bununla Paşinyan həm daxildə öz mövqeyini, gücünü qoruyub saxlayacaq, həm də özünə qarşı olan rəqibləri neytrallaşdıra biləcək”.

Rasim Musabəyov: Paşinyan anlayır ki, Köçəryanı yenidən həbs edərsə, böyük risklərlə üzləşəcək

Rasim Musabəyov xatırladıb ki, Nikol Paşinyan Robert Koçaryanı bir dəfə həbs etdirmişdi, ancaq Rusiyanın təzyiqləri altında onu buraxmağa məcbur qaldı. Deputatın sözlərinə görə, Koçaryan açıq şəkildə Ermənistanda Paşinyanın devrilməsi istiqamətində işlər görür:

“Son günlərdə xüsusi fəallaşıb. Paşinyan anlayır ki, sabah Köçəryanı yenidən həbs edərsə, böyük risklərlə üzləşəcək. Ona görə də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq Paşinyan üçün kifayət qədər önəmlidir".

Aydın Baxış


SON XƏBƏRLƏR