• Bakı 16° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Bloqqer canlı yayım zamanı bıçaqlandı

DÜNYA

22 May 2025 | 17:11

Bloqqer canlı yayım zamanı bıçaqlandı

Braziliyada bir bloqqer abunəçilər üçün canlı yayım zamanı bıçaqlanıb.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, bloqqer Luna Abrao sosial şəbəkədə canlı yayım zamanı ortağı Aleks Oliveyra tərəfindən vəhşicəsinə döyülüb və bir neçə dəfə bıçaqlanıb. Bildirilir ki, münaqişə qadının sevgilisinə ayrılmaq istədiyini deməsindən sonra başlayıb.

Hadisəni izləyən abunəçilər qadının ağrıdan qanaxması və qışqırması ilə təşviş içində təcili yardım çağırmağa başlayıb. Hücumdan sonra Luna təcili olaraq San-Pauludakı xəstəxanaya çatdırılıb və orada təcili əməliyyat olunub. Hazırda onun vəziyyəti ağırdır.

Polis hələ də azadlıqda olan Oliveyranın axtarışını davam etdirir. 

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR