• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

SİYASƏT

22 May 2025 | 20:40 | Müəllif: Subhan Mahmudov

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib.

Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər.

NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş Katibinin Şəxsi Ofisi direktorunun birinci müavini Lorenz Meyer-Minnemann ilə də görüşüb.


Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026