• Bakı 16° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Putin Lavrova orden verdi

DÜNYA

22 May 2025 | 17:26

Putin Lavrova orden verdi

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Rusiyanın ən yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif edilib.

Bakıvaxtı.az xəbər verir ki, mükafatı ona Rusiya prezidenti Vladimir Putin təqdim edib.

Lavrov bu ordenlə mart ayında təltif edilib. Prezidentin sərəncamında qeyd olunub ki, Lavrov bu mükafatı “Vətən qarşısında görkəmli xidmətlərinə, Rusiya Federasiyasının xarici siyasət kursunun işlənib hazırlanması və həyata keçirilməsinə böyük töhfəsinə və uzun illər səmərəli hökumət fəaliyyətinə görə” alıb. Martın 21-də Lavrovun 75 yaşı tamam olub.

Buna qədər Belarus prezidenti Aleksandr Lukaşenko da Andrey Pervozvannı ordeni ilə təltif edilib. Ona mükafatı 2024-cü ilin oktyabrında veriblər. Putin mərasim zamanı bəyan edib ki, Belarus lideri bu mükafata “Rusiya ilə Belarus arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə” layiq görülüb. 


SON XƏBƏRLƏR