• Bakı 16° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Diplomatın öldürülməsi ABŞ-İsrail münasibətlərində gərginlik yarada bilərmi?

DÜNYA

22 May 2025 | 17:10

Diplomatın öldürülməsi ABŞ-İsrail münasibətlərində gərginlik yarada bilərmi?

Vaşinqtonda İsrail diplomatı və onun yoldaşı tədbirdən sonra paytaxtdakı Yəhudi Muzeyindən çıxarkən güllələnib. Atəş açan şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqes olub.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla xəbərinə görə, o, atəşdən sonra muzey binasına daxil olmağa cəhd etsə də, mühafizə xidməti onu içəri buraxmayıb. Rodriqes saxlanılarkən əməlini etiraf edib və bunu Qəzza üçün etdiyini deyib.

ABŞ prezidenti Donald Tramp isə Vaşinqtonda iki israilli diplomatın ölümü ilə nəticələnən atışmanı antisemitizm motivi adlandırıb.

Diplomatın öldürülməsi ABŞ-İsrail münasibətlərində gərginlik yarada bilərmi?

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ və İsrail arasında onilliklərlə formalaşmış strateji əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın əsasları bir neçə şəxsi və ya hətta faciəvi insidentlərlə sarsılacaq qədər zəif deyil:

"Prezident Donald Trampın hadisəyə dərhal reaksiya verərək bunu "antisemitizm motivli" adlandırması onu göstərir ki, ABŞ administrasiyası bu insidentə təkcə cinayət çərçivəsində deyil, daha geniş ictimai və siyasi kontekstdə yanaşır. ABŞ-İsrail münasibətləri sadəcə iki ölkə arasında diplomatik əlaqələrdən ibarət deyil. Bu, dərin hərbi, təhlükəsizlik, texnoloji və ideoloji müttəfiqlikdir. Bu baxımdan, diplomatın öldürülməsi qısamüddətli emosional reaksiya və bəzi diplomatik ritorik dəyişikliklərə səbəb ola bilsə də, ABŞ-İsrail münasibətlərində sistemli və uzunmüddətli gərginlik yaradacağı gözlənilmir. Eyni zamanda İsrail dövləti də yaxşı bilir ki, onlara ABŞ-nin dəstəyi olmasa, bölgədə Həmasa və İranın proksi güvvələrinə qarşı apardığı müharibədə təklənə bilər. Bu səbəbdən bir insidentə görə ABŞ ilə əlaqələrinin pisləşməsini istəməzlər".

Politoloqun fikrincə, bu hadisə ABŞ daxilində müəyyən siyasi və sosial təsirlərə səbəb ola bilər. Belə ki, ABŞ ictimaiyyətində və siyasi dairələrdə Fələstin məsələsinə yanaşmada yeni müzakirələrə yol aça bilər.

Kamran Məmmədli: Əgər İsrail bu insidenti böyüdərək gündəmə gətirmək istəyərsə, bu, əks effekt verə bilər

"Xüsusilə ABŞ-nin Yaxın Şərq siyasətinə dair tənqidlər və ictimai narazılıq dalğası güclənə bilər. Bu isə İsrailin maraqlarına cavab vermir. İsrail üçün məsələnin tez bir zamanda unudulması və gündəmdən düşməsi daha arzuolunandır”.

Müsahibimiz hesab edir ki, əgər İsrail bu insidenti böyüdərək gündəmə gətirmək istəyərsə, bu, əks effekt verə bilər:

“Bu səbəbdən hesab edirəm ki, baş verən bu hadisənin ABŞ-İsrail münasibətlərini əsaslı şəkildə pozacağı və ya iki ölkə arasında gərginliyə səbəb olacağı ehtimalı çox zəifdir", - deyə Kamran Məmmədli vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR