• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

İmişlidə pambıq qəbulu məntəqəsində YANĞIN

HADİSƏ

22 May 2025 | 17:43

İmişlidə pambıq qəbulu məntəqəsində YANĞIN

İmişli rayonunda pambıq qəbulu məntəqəsində yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qaralar kəndi yaxınlığında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələrinə pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026