• Bakı 16° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Qərbi Azərbaycan İcmasından Ermənistan XİN-in bəyanatına CAVAB

SİYASƏT

22 May 2025 | 18:40

Qərbi Azərbaycan İcmasından Ermənistan XİN-in bəyanatına CAVAB

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin 21 may 2025-ci il tarixində Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş konfransın iştirakçılarına ünvanladığı müraciətə dair Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı qınayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə icma bəyanat yayıb.

Bəyanatda deyilir ki, Ermənistan hökumətinin əsas insan hüququ olan qayıdış hüququnu təmin etmək əvəzinə təhrif edilmiş bəyanatlar yayması, məsələnin mahiyyətini danaraq inkarçılıq xətti tutması qəbuledilməzdir: 

“Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması, öz ərazisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə iş aparan keçmiş qondarma rejimin tör-töküntülərinin fəaliyyətinə imkan verməsi bu ölkənin regionda davamlı sülhdə maraqlı olmasına dair verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir. 

İcmamız bir daha vurğulayır ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə qayıdış hüququ uğrunda əzmlə mübarizəsini davam etdirəcək”.


SON XƏBƏRLƏR