“ABŞ Suriyaya qarşı sanksiyaların aradan qaldırılması üçün intensiv şəkildə çalışır.”
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus deyib.
"Konkret bir tarix vermədən deyə bilərəm ki, bu, öyrəşdiyimizdən daha sürətli həyata keçiriləcək", - o deyib.
Prezident Donald Trampdan göstəriş gəlsə belə, bir ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasının müəyyən vaxt tələb etdiyini vurğulayan Bryus bu prosesdə həm Dövlət Departamenti, həm də aidiyyəti qurumların intensiv şəkildə çalışdığını bildirib.