q
  • Bakı 24° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Ceyhun Bayramov: Heydər Əliyevin xarici siyasəti Azərbaycanın mövqeyini gücləndirib

SİYASƏT

10 May 2026 | 10:28

Ceyhun Bayramov: Heydər Əliyevin xarici siyasəti Azərbaycanın mövqeyini gücləndirib

“Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində mühüm rol oynayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Ulu Öndərin xatirəsi ehtiramla yad olunur.

O qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərini yaxşı bilir.

Vurğulanıb ki, xüsusilə xarici siyasət sahəsində atılan addımlar Azərbaycanın beynəlxalq mövqeyinin formalaşmasına və möhkəmlənməsinə mühüm töhfə verib. Bildirilib ki, ölkənin ən çətin və mürəkkəb dövrlərində müstəqilliyə qarşı yaranan ciddi təhdidlər məhz uzaqgörən siyasi kurs nəticəsində aradan qaldırılıb.

Qeyd olunub ki, qısa müddət ərzində həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi güclənib, ölkə dünya siyasətində etibarlı tərəfdaş kimi tanınıb. Bu siyasətin isə Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdığı diqqətə çatdırılıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

09 May 2026