q
  • Bakı 24° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

SN rəhbərliyi və kollektivi Fəxri Xiyabanda

SİYASƏT

10 May 2026 | 10:46

SN rəhbərliyi və kollektivi Fəxri Xiyabanda

Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyev-nin anadan olmasının 103-cü ildönümü qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyaban-a gələrək ümummilli liderin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad edib.

Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Dövlət və ictimai xadim Əziz Əliyev və istedadlı həkim Tamerlan Əliyevin məzarları da ziyarət olunaraq üzərlərinə çiçəklər düzülüb.

Qeyd edilib ki, Heydər Əliyev Azərbaycan səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərib. Onun rəhbərliyi dövründə ölkədə peşəkar tibbi kadrların hazırlanması, səhiyyə müəssisələrinin bərpası və müasir avadanlıqlarla təchiz olunması, yeni tibb mərkəzlərinin inşası və ümumilikdə səhiyyə sahəsində əldə edilən mühüm nailiyyətlər bu siyasətin nəticəsi kimi qiymətləndirilir.


SON XƏBƏRLƏR

09 May 2026