• Bakı 24° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil

    SİYASƏT

    10 May 2026 | 13:07

    Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil

    Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi.

    Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə səsləndirib.

    Dövlətimizin başçısı əlavə edib: “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Iyun 2026