q
  • Bakı 20° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Adil Kərimli mədəniyyət işçiləri ilə Fəxri xiyabanda - Fotolar

MƏDƏNİYYƏT

10 May 2026 | 11:27

Adil Kərimli mədəniyyət işçiləri ilə Fəxri xiyabanda - Fotolar

Mayın 10-da yaradıcılıq ittifaqlarının rəhbərləri, tanınmış mədəniyyət xadimləri və mədəniyyət naziri Adil Kərimli müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevnin anadan olmasının 103-cü ildönümü münasibətilə onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Bakıvaxtı.az bildirir ki, ziyarət zamanı Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Eyni zamanda onun ömür-gün yoldaşı, görkəmli alim Zərifə Əliyevanin də xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qeyd edək ki, mərasim iştirakçıları Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafına verdiyi misilsiz töhfələri xüsusi vurğulayıblar.


SON XƏBƏRLƏR

09 May 2026