Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.
Bakıvaxtı.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, general-leytenant İlqar Musayev və xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, ziyarət çərçivəsində ümummilli liderin Azərbaycan diplomatiyasının formalaşmasında və beynəlxalq əlaqələrin inkişafında qoyduğu izlər vurğulanıb.
Zeynəb Rzayeva
***
10:23
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Bakıvaxtı.az xəbər verir ki, nazir ulu öndərin məzarı önünə gül dəstəsi qoyaraq xatirəsinə ehtiramını bildirib.
Qeyd edək ki, ziyarət çərçivəsində ümummilli liderin Azərbaycan diplomatiyasının formalaşmasında və beynəlxalq əlaqələrin inkişafında qoyduğu izlər vurğulanıb.
Zeynəb Rzayeva
***
10:03
Ümumilli liderin məzarı başına ziyarətçi axını davam edir.
Bakıvaxtı.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və səhiyyə naziri Teymur Musayev də Fəxri xiyabanı ziyarət edərək Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.
Zeynəb Rzayeva
***
09:59
Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dövlət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər.
Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, PA rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi Hikmət Hacıyev Ulu Öndərin məzarı önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Akademik Zərifə Əliyevain də məzarı ziyarət olunub.
Zeynəb Rzayeva
Bakı 




