• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Putin Zelenskini Moskvaya dəvət etdi

SİYASƏT

09 May 2026 | 21:32 | Müəllif: Zeynəb Rzayeva

Putin Zelenskini Moskvaya dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin dəfələrlə ukraynalı həmkarı Vladimir Zelenskini Moskvada qəbul etməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Məlumata görə, Uşakov Zelenskini mesajları çox sayda vasitəçi ilə deyil, birbaşa Moskvaya zəng edərək çatdırmağa çağırıb.

“Əgər deməyə sözü varsa, birbaşa əlaqə saxlasın. Yoxsa deyilənlər havada qalır. Kremlin bu gün keçirilən görüşündə Slovakiyanın Baş naziri Robert Fitso Putinə Zelenski ilə danışıqların məzmunu barədə məlumat versə də, Ukrayna prezidentindən hər hansı xüsusi mesaj çatdırmayıb”, - Uşakov bildirib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026