q
  • Bakı 19° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Heydər Əliyevin şəxsi fotoqrafı: “Qayıtdı ki, sənə deyirəm…”

CƏMİYYƏT

10 May 2026 | 19:35

Heydər Əliyevin şəxsi fotoqrafı: “Qayıtdı ki, sənə deyirəm…”

“1993-cü ildə Heydər Əliyev Ali Sovetin sədri ikən prezidentliyə namizəd idi. Bu ərəfədə mənə xəbər gəldi ki, onun portret şəkillərini çəkmək lazımdır. Düzü, mən bir az çəkindim, razılıq vermədim”.

 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov mediaya müsahibəsində deyib. O qeyd edib ki, Ümummilli liderin portret şəkillərini çəkmək çox böyük məsuliyyət idi:

“Mən özümü peşəkar fotoqraf saymırdım. Heydər Əliyev kimi dünya şöhrətli bir siyasətçinin şəkillərini çəkməyə özümü hazır hesab eləmirdim. Amma bir xeyli tərəddüddən, götür-qoydan sonra dəvəti qəbul elədim və özümlə bir nəfər peşəkar fotoqraf da aparmağa qərar verdim. Lyova Şvarst adlı fotoqrafla getdik, haradasa, iki saatdan çox çəkiliş apardıq. O vaxt fotoqrafiya ilə bağlı imkanlar başqa idi, şəkillərin çıxarılması əməlli başlı vaxt alırdı. Şvarst mənə xəbər elədi ki, bəs üç fotoaparatla apardığı çəkilişdən bir dənə də olsun ələ gələn şəkil yoxdur. Birində kadr yanıb, birində nəsə üst-üstə düşüb, birində başqa şey. Bu söhbət məni lap qorxuya saldı. Təsəvvür elə, mən də eynisini yaşasaydım, gör nə olardı... Birtəhər özümü toparlayıb çəkdiklərimi yoxladım. Şükür ki, hər şey qaydasında idi”.

R.BağırovO qeyd edib ki, Ulu öndər onun çəkdiyi fotoları bəyənib:

“Şəkilləri kiçik formada çıxarıb apardım. Orada şəkillərin haradasa 20-25 ədədini seçib dedilər ki, Heydər Əliyevin baxması üçün bunları iri formatda çap elə. Gəlib çıxardım, vaxt təyin elədilər ki, Milli Məclisə gəl, Heydər Əliyev şəkillərə baxmalıdır. Heydər Əliyev şəkillərə bir-bir və çox diqqətlə baxdı, incələdi. Sonra mənə baxıb dedi ki, sən mənimlə işləyəcəksən. Qeyri-ixtiyari cavab verdim ki, mən televiziyada işləyirəm. Qayıtdı ki, sənə deyirəm, sən mənimlə işləyəcəksən. Daha bu sözün qarşısında nə demək olar ki?! Sonralar Prezident Adminstrasiyasının Mətbuat şöbəsində mənim üçün ştat açıldı hətta. Düzü, mən belə hesab edirdim ki, yəqin, bir müddət işləyərəm, sonra peşəkar fotoqraf tapılar, mən də qayıdaram televiziyaya. Amma nə oldu? On il Heydər Əliyevin şəxsi fotoqrafı oldum”. \Report


SON XƏBƏRLƏR

09 May 2026