Mayın 10-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri və deputatlar, eləcə də Milli Məclis Aparatının rəhbərliyi və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.
Bakıvaxtı.az xəbər verir ki, ziyarət zamanı Milli Məclis kollektivi və deputatlar Ulu Öndərin məzarı üzərinə tər güllər düzüb, onun xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Daha sonra iştirakçılar Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə də gül dəstələri qoyublar.
Qeyd edək ki, tədbir Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar keçirilib.
Bakı 









