• Bakı 22° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Macarıstan səsvermə hüququndan məhrum edilə bilər

DÜNYA

23 May 2025 | 09:55

Macarıstan səsvermə hüququndan məhrum edilə bilər

Avropa İttifaqı Şurası Macarıstanın ittifaqda səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat qurumun saytında yer alıb. 

Bildirilib ki, məsələ ilə bağlı dinləmələr mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə əsasən həyata keçiriləcək.

Qeyd edək ki, sözügedən maddə ittifaqa üzv ölkələrin ayrı-ayrı hüquqlarının, eləcə də Aİ Şurasında ölkənin nümayəndəsinin səsvermə hüququnun dayandırılması imkanlarını nəzərdə tutur. 

Onu da bildirək ki, bundan əvvəl, Britaniyanın “Financial Times” qəzetinin yaydığı məlumata görə, Budapeştin ittifaqın həlledici qərarlarını bloklamak ehtimalını nəzərə alaraq, Aİ-nin bir çox məmuru Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə ediblər.


SON XƏBƏRLƏR