İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan KORRUPSİYA istintaqı çərçivəsində dördüncü əməliyyat dalğası həyata keçirilib.
Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən 4-cü dalğa əməliyyatında aralarında İSTAÇ və KİPTAŞ rəhbərlərinin də olduğu 49 şübhəli haqqında həbs və həbs qərarı çıxarılıb.
Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.
Nuriyyə Musayeva