• Bakı 22° C

    10.28 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

İran Atom Enerjisi Təşkilatı: Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik

DÜNYA

22 Iyun 2025 | 08:26

İran Atom Enerjisi Təşkilatı: Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik

İran, ölkənin nüvə obyektlərinə zərbələrə baxmayaraq, nüvə sektorunu inkişaf etdirməyə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam Respublikasının Atom Enerjisi Təşkilatının bəyanatında deyilib.

Vurğulanıb ki, İranın nüvə obyektlərinə zərbələr beynəlxalq hüquqa, xüsusilə də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir.

“Düşmən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Təminatlar Sazişi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi əsasında daimi nəzarəti altında olan sözügedən obyektlərə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Beynəlxalq ictimaiyyətin bu qanunsuzluğu pisləyəcəyini və İranı [nüvə enerjisinə] qanuni hüquqlarını təmin etmək səylərində dəstəkləyəcəyini gözləyirik”, – bəyanatda diqqətə çatdırılıb.


SON XƏBƏRLƏR

21 Iyun 2025