• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Zaur Kərimov istefa verdi

CƏMİYYƏT

23 Aprel 2025 | 11:36

Zaur Kərimov istefa verdi

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.

Bakıvaxtı.az Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.

Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib.

Onun vəzifəsi Qida Təhlükəsizlik Agentliyinin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan saytımıza təsdiq edilib.

Zaur Kərimovun istefa vermə səbəbi bəlli deyil. 

Qeyd edək ki, Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026