Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İstanbuldakı zəlzələ ilə bağlı paylaşım edib.
Bakıvaxtı.az xarici xəbər verir ki, o, vətəndaşlara arzularını çatdırıb:
"İstanbul və yaxın ərazilərdə baş verən zəlzələ ilə bağlı xalqımıza keçmiş olsun deyirəm. Tanrı ölkəmizi və millətimizi bütün bəlalardan qorusun".
Qeyd edək ki, bu gün İstanbul və bəzi ətraf ərazilərdə güclü zəlzələ olub.
Əli Hüseynov