• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyada ən çox kitab oxunan ölkələr BUNLARDIR

CƏMİYYƏT

23 Aprel 2025 | 13:09

Dünyada ən çox kitab oxunan ölkələr BUNLARDIR

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür.

Bakıvaxtı.az xəbər verir ki, bu münasibətilə yayımlanan statistikaya görə, 2024-cü ildə dünyada ən çox kitab oxunan ölkələr sırasında Amerika Birləşmiş Ştatları (ABŞ) birinci yeri tutub.

ABŞ-də adambaşına ildə orta hesabla 357 saat kitab oxunub ki, bu da təxminən 17 kitaba bərabərdir.

Siyahıda ABŞ-ni cüzi fərqlə Hindistan izləyib – bu ölkədə il ərzində adambaşına 352 saat kitab oxunub.

Üçüncü pillədə 343 saatla Böyük Britaniya qərarlaşıb. İlk beşliyə həmçinin Fransa və İtaliya da daxil olub. Onları Kanada, Rusiya, Avstraliya, İspaniya, Hollandiya və İsveçrə izləyib. Ən az kitab oxunan ölkə isə Əfqanıstan olub – burada adambaşına illik orta oxu göstəricisi cəmi 3 kitaba bərabərdir.

Araşdırmalara əsasən, texnologiyanın inkişafına baxmayaraq, ABŞ-da oxucular daha çox çap kitablarını üstün tuturlar. Ötən il bu ölkədə 780 milyondan çox kitab satılıb. E-kitab satışlarında azalma müşahidə olunsa da, çap kitablarının bazar payı hələ də yüksəkdir.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildən UNESCO tərəfindən qeyd olunur. Bu tarixin seçilməsi isə dünya ədəbiyyatının iki nəhəngi – Vilyam Şekspir və Migel de Servantesin məhz 23 apreldə vəfat etməsi ilə bağlıdır.

UNESCO-nun elan etdiyi kimi, bu il Braziliyanın Rio-de-Janeyro şəhəri "Dünya Kitab Paytaxtı" elan olunub.

Ən çox oxunan əsərlər arasında Qurani-Kərim və İncil, habelə "Harri Potter", "Üzüklərin Hökmdarı", "Don Kixot", "Balaca Şahzadə", "Səfillər" və "Cinayət və Cəza" kimi ədəbi nümunələr də yer alır.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026