• Bakı 19° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Sabiq direktorun iddiaları təmin edilmədi

CƏMİYYƏT

23 Aprel 2025 | 11:32

Sabiq direktorun iddiaları təmin edilmədi

Əmək müqaviləsinə xitam verilmiş Xətai rayonu 25 nömrəli məktəbin sabiq direktoru Şərifova Fəridə Siyavuş qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, iddia tələbi Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə təmin edilməyib.

    Daha sonra sabiq direktor apellyasiya məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanıb.

    MÜTDA faktı APA-ya təsdiqləyib.

    Qeyd edək ki, iddialara görə, Fəridə Şərifova fəaliyyəti dövründə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verib və vəzifə səlahiyyətlərindən sui-istifadə edib.


    SON XƏBƏRLƏR