AFAD və digər adiyyatı qurumlarla ərazidə işlər davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.
O İstanbulda baş verən zəlzələdən sonra bütün qrupların sahə araşdırmalarına başladığını açıqlayıb:
"İstanbulun Silivridə, Mərmərə dənizində 6,2 bal gücündə zəlzələ baş verib. Ətraf şəhər və qəsəbələrdə də hiss edilən zəlzələ ilə bağlı aidiyyatı qurumlarımızın bütün qrupları çöl araşdırmalarına başlayıb. Zəlzələdən zərərçəkən vətəndaşlarımıza tezliklə şəfa diləyirəm. Allah ölkəmizi və millətimizi bəlalardan qorusun".