• Bakı 19° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Doğuş zamanı ölən qadınla bağlı TƏBİB-dən AÇIQLAMA

HADİSƏ

23 Aprel 2025 | 11:53

Doğuş zamanı ölən qadınla bağlı TƏBİB-dən AÇIQLAMA

Aprelin 23-də saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərarına alınıb. Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, 23.04.2025-ci il tarixində saat 03:26-da ölüm faktı qeydə alınıb.

Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır. 

Qeyd edək ki, ölümün birbaşa səbəbi yalnız məhkəmə-tibbi ekspertiza (təşrihin) nəticəsində mümkündür.

Mina Mikayılova


SON XƏBƏRLƏR