• Bakı 19° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Rəsmi qəzetlər birləşir?

CƏMİYYƏT

23 Aprel 2025 | 12:27

Rəsmi qəzetlər birləşir?

“Xalq qəzeti” ilə “Respublika” qəzetinin redaksiyalarının birləşdiriləcəyi barədə xəbər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-a verilən məlumata görə, Prezident Administrasiyasının İşlər İdarəsinin təsisçisi olduğu qəzetlərin birləşdirildikdən sonra “Xalq qəzeti” adı ilə nəşrə davam edəcəyi gözlənilir.

İddiaya görə, birləşdirmə bəzi işçilərin ixtisara düşməsini qaçılmaz edəcək.

Adları çəkilən redaksiyalardan yayılan məlumat barədə xəbərsiz olduqları bildirilib.

Qeyd edək ki, rəsmi qəzetlərin birləşdiriləcəyi və ya bağlanacağına dair əvvəllər də məlumat yayılıb.

“Xalq qəzeti” 1919-cu ildən çıxır. Qəzet 27 avqust 1991-ci ilədək "Kommunist" adı ilə dərc olunub.

“Respublika” qəzeti isə 1990-cı ildən dərc olunur. 


SON XƏBƏRLƏR