• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ata və anasını öldürən şəxsə ömürlük HƏBS

HADİSƏ

23 Aprel 2025 | 13:27

Ata və anasını öldürən şəxsə ömürlük HƏBS

Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən Fikrət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Fikrət Məmmədov ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Xatırladaq ki, hadisə ötən ilin aprel ayında baş verib. 24 yaşlı Fikrət Məmmədov aralarında yaranmış mübahisə zamanı 62 yaşlı atası Hakim Məmmədov və anası Zərifə Məmmədovanı bıçaqlayaraq öldürüb.

    Qeyd edək ki, təqsirləndirilən Fikrət Məmmədova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9- cu maddələri ilə ittiham irəli sürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026