• Bakı 18° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir

SİYASƏT

23 Aprel 2025 | 11:01

Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun artırılmasını dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədr Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da qeyd olunub.

Bildirilib ki, Azərbaycan Çinin ŞƏT-ə sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir:

"Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir".


SON XƏBƏRLƏR