• Bakı 19° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

1942-ci ildə batmış gəmidə sirli avtomobil tapıldı

DÜNYA

23 Aprel 2025 | 10:28

1942-ci ildə batmış gəmidə sirli avtomobil tapıldı

İkinci Dünya müharibəsi zamanı Sakit okeanda yapon sualtı qayığı tərəfindən vurularaq batırılan ABŞ aviadaşıyıcısı "Yorktoun"un anqarında avtomobil aşkar edilib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, 246 metr uzunluğundakı aviadaşıyıcı 2200 nəfər heyət və 90 təyyarə üçün nəzərdə tutulub.

Avtomobil 3 nömrəli liftin yanında şaquli vəziyyətdə tapılıb. Ehtimal olunur ki, bu, 1940-41-ci illər istehsalı qara rəngli "Ford Super Deluxe Woody" modelidir. Avtomobilin ön hissəsində, yuxarıda "Gəmi Xidməti" yazısı var.

Məlumata görə, "Yorktoun" 1942-ci ildə Midvey döyüşündə iştirak edib və yapon bombardmançıları ona üç bomba atıblar. Gəmi təmir üçün Perl-Harbora yollanıb, lakin yolda yapon sualtı qayığı tərəfindən hücuma məruz qalıb. Nəticədə aviadaşıyıcı 7 iyun 1942-ci ildə batıb.

 

 


SON XƏBƏRLƏR