• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynada sərnişin avtobusu vuruldu - 9 ölü, 30 yaralı

DÜNYA

23 Aprel 2025 | 11:48

Ukraynada sərnişin avtobusu vuruldu - 9 ölü, 30 yaralı

Ukraynanın Marqanes şəhəri pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Nəticədə çoxlu sayda insan həlak olub və yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin başçısı Sergey Lısakın “Telegram” kanalına istinadla məlumat yayıb.

O qeyd edib: “Rusiya ordusu Marqanesə kamikadze pilotsuz uçan aparatla hücum edib. İlkin məlumata görə, 9 nəfər ölüb. Daha 30 nəfər yaralanıb”.

Sonradan məlum olduğu kimi, PUA ilə bir müəssisənin əməkdaşlarının olduğu avtobusa hücum edilib.

Marqanes Dnepropetrovsk vilayətinin Nikopol rayonunun eyniadlı şəhər icmasının inzibati mərkəzidir. Bu yaşayış məntəqəsi, həmçinin bölgənin ən çox əhalisi olan səkkizinci şəhəri, manqan filizlərinin çıxarılması və emalı mərkəzidir. Onun əhalisi 2023-cü ilə qədər 35 min nəfər idi.


Ukraynada sərnişin avtobusu vuruldu - 9 ölü, 30 yaralıUkraynada sərnişin avtobusu vuruldu - 9 ölü, 30 yaralıUkraynada sərnişin avtobusu vuruldu - 9 ölü, 30 yaralı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026