Azərbaycanda "İstilik təchizatı haqqında" qanun layihəsinin qəbul edilməsi ilə Nazirlər Kabinetinin 5 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları” ləğv ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.
Bundan başqa, o qeyd edib ki, layihənin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin qərarları ilə təsdiq olunması nəzərdə tutulan “İstilik enerjisindən istifadə qaydaları”, “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”, “İstilik təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”, “İstilik qurğularının quraşdırılması qaydaları”, “istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”, “İstilik qurğularının texniki istismar qaydaları” hazırlanmalıdır. Bununla yanaşı, Tənzimləyici “Monitorinq qaydaları”, “kommersiya uçotu qaydaları”, “Şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydaları”, “İstilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları”nı təsdiq etməlidir.